Главная страница   |   Reklam
+99451 736-21-21     [email protected]    

İkinci dəfə keçirilən Luxury Awards mötəşəm anlarla yadda qaldı..

FCG.az      22 Avqust , 15:23
İkinci dəfə keçirilən Luxury Awards mötəşəm anlarla yadda qaldı..
Çoxlarının maraqla gözlədiyi  «Luxury Awards» 2019  mükafatlandırma mərasiminin qala gecəsi baş tutub. Bilgah Beach Hoteldə keçirilən gecədə paytaxtın tanınmış yerli məşhurlarla yanaşı xaricdən gələn tanınmış simalar da iştirak ediblər. Qonaqlar  əvvəlcə dəbli avtomobillərin müşayiəti ilə qırmızı xalı şousunu izləyiblər. Onlar arasında Birlesmis Əreb Əmirliklerinin ölkemizdəki, sefiri Muhemmed Al Qubaisi, Mərakeş 
 
Kralliqinin ölkemizdeki sefiri Adil Embarş, Avroviziya iştirakçıları, müğənnilər Dilarə Kazımova, Aysel Məmmədova, Diana Hacıyeva, müğənni Elçin Cəfərov, tanınmış teleaparıcı Afaq Gəncəli, idmançıar Eduard Məmmədov, Ruslan Abışov, ictimai xadim Pərvin Şərifov, Qarabağ qazisi , Memar Rafel Abbasov Kamil Müsəvi Iş adamları Cəlal Əsgərov, Ramil Rzayev, Şahin Mirikişili, Dizaynerler Elnarə de Birbuet, Cəlal Kəngərli, digər moda sektorundan Fuad Haciyev, Nəsir Babayev , Tibb Sektorundan Dr Rena Sultanova və Dr Azay Musayeva və digər simalar yer alırdı. Daha sonra tədbirin mükafatlandırma hissəsinə start verilib. İl ərzində uğurlu fəaliyyəti ilə fəqrlənən şəxslər və şirkətlər mükafata layiq görülüblər. 
 
Tədbir boyunca "Atəşgah" rəqs qrupunun çıxışları nümayiş olundu. Dilarə Kazımovanın yaxın şərq üslubunda möhtəşəm perfomansı isə gecəyə xüsusi rəng qatdı.
 
Layihənin  təşkilatçıları Aqil Məmiyev  və Ləman Mirtalıblıdır tədbirin hazırlıq işlərinə həmişəki kimi bir neçə ay vaxt sərf olunduğunu bildiriblər. Onlar qeyd ediblər ki, ildən ilə layihəyə maraq artır və bu deməkdir ki, paytaxtımızda belə yüksək səviyyədə təşkil olunan tədbirlərin keçirilməsi hər kəsi məmnun edir. 
 
Layihənin baş sponsoru Lepka art by Era Design şirkətidir.
Самые популярные

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Fcg.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla