Главная страница   |   Reklam
+99451 736-21-21     [email protected]    

"Simürğ" Azərbaycan kulturoloqlar Cəmiyyəti tərəfindən "İmadəddin Nəsimi və müasir dünya" adlı kulturoloji seminar keçirilmişdir

FCG.az      7 Январь , 12:41
Bakı Atatürk Mərkəzində dahi Azərbaycan mütəfəkkiri və şairinin 650 illik yubileyinə həsr olunmuş "İmadəddin Nəsimi və müasir dünya" adlı kulturoloji seminar keçirilmişdir. Tədbir Atatürk Mərkəzi, Azərbaycan mədəniyyət Assosiasiyası "Simürğ" Azərbaycan kulturoloqlar Cəmiyyəti tərəfindən təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov açmışdır. O, qısaca olaraq ölkəmizdə dövlət səviyyəsindəNəsiminin yubileyinin bayram edilməsi və tədqiqat tarixi barədə danışmış, müxtəlif tarixişəxsiyyətlərin Nəsimi yaradıcılığına olan münasibətlərini və bu barədəki nəzər-nöqtələrini təhliletmiş və Nəsiminin Azərbaycan dilinin formalaşdırılmasındakı rolunu xüsusi qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınınprofessoru, tarix elmləri doktoru Musa Quliyev "Nəsimi Azərbaycan xalqının ləyaqətli oğlu vəonun qürur mənbəyidir" adlı məruzə ilə çıxış edərək, Nəsiminin öz fəlsəfəsində "İnsanının Allahıtəcəssüm etdirməsi" səbəbindən, o, özünün ilahi keyfiyyətlərini unutmadan daim Allaha doğruu calmağa can atmalı olmasından söhbət açmışdır. Onun əsərlərində təbiət gözəllikləri - ay, günəş,ulduzlar da ilahi mahiyyət daşıyır ki, bu da məsələnin bəşəri və humanist mahiyyətini əks etdirir.Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Nəsimi yaradıcılığının görkəmli tədqiqatçısıSəadət Şıxıyeva onu dahi şair, filosof və türk dilinin gözəlliyini qoruyaraq, mahiyyətini orijinalşəkildə təsvir edə bilən numunəvi tərcüməçi kimi səciyyələndirmişdir. Bununla belə, Nəsimimüqəddəs Quran dəyərlərinə bağlı bir şəxsiyyət olmuşdur. O, Mövlanədən sonra ikinci şair idi ki,öz düşüncə və dəlillərini müqəddəs Quranın mövqeyi ilə eyniləşdirməyə can atmışdır.Ümumiyyətlə, o, insanın hər bir fəaliyyət sahəsini bütün cəhətləri ilə hərtərəfli təqdim etməyibacaran zəkalı bir alimdir. O, öz dovrunun, həm istedadlı musiqiçisi, həm də, hərtərəfli biliyə malikmusiqişünası idi. O, şahmat oyununun orijinal təsvirini vermiş unikal yazıların müəllifidir. Bununlabelə, Səadət Şıxıyeva xüsusi olaraq qeyd etmişdir ki, hürufi şairi olan Nəsiminin ən mühümxüsusiyyəti, onun hər şeydən əvvəl, şərq serlərini divan səklində toplayan gözəl şair, sonra isəmütəfəkkir olmasıdır. O, azərbaycanlı və türk poeziyasını daha yüksək pilləyə qaldıra bilmiş,hürufiliyi öz poeziyası ilə məshurlasdırmışdır. Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Sevinc Nuriyeva"Hürufiliyin dini fəlsəfəsi" adlı məruzə ilə çıxış edərək, hürufiliyin tarixi və nəzəri əsaslarınıisıqlandırmiş və Nəsiminin Fəzlullah Nəiminin ardıcılı və davamçısı olduğunu xüsusi qeydetmişdir. O, həm də dinləyicilərin nəzərinə çatdırmışdır ki, hürufilik sufilikdən qaynaqlanmış, o isə,öz mənbəyini pifaqorçulardan və Sokrat fəlsəfəsindən ğötürmuşdür. Hürufilik Quranın hərf-rəgəm qanuna uyğunluqlarını ilahiləşdirərək, insanın öz mahiyyəti ilə Allahı təcəssüm etdirdiyini israr edirvə insanın nəsildən-nəslə ötürülən bioloji-irsi kod keyfiyyətlərində Allahın adının vəxüsusiyyətlərinin olmasını onun ilahi varlığının təzahürü kimi təsdiq edir.Seminarda "Dünya humanizmi güzgüsündə İmadəddin Nəsiminin portreti" adlı məruzə ilətarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəetmə Akademiyasının professoru, "Simurg " AKA-nın prezidenti Fuad Məmmədov çıxış edərək, Nəsimini, hər şeydənəvvəl, dahi Azərbaycan mütəfəkkiri kimi təqdim etmişdir. Onun məruzəsində Nəsiminin obrazınəinki müsəlman Şərqi, həm də, dirçəlməkdə olan Avropa da daxil olmaqla, öz dövrünün düşüncətərzini bir neçə əsr qabaqlamış şəxsiyyət kimi təqdim edilir. XIV əsr Azərbaycan ruhimədəniyyətinin parlaq nümayəndəsi olan İmadəddin Nəsimi öz dövrünü qabaqlayaraq, ağıl və azadintellektual axtarışa istinad edərək, yeni ideyalar irəli sürüb elmi və ya humanitar dəyərə malikbəşəri əhəmiyyət daşıyan bənzərsiz əsərlər yaratmışdır.
 
Nəsimi "təhsilli və maariflənmiş, ağılın maraqları ilə yaşayan insan bütün kainatı əks etdirirvə dünyanı pozitiv dəyişdirir" - deyən görkəmli Avropa mütəfəkkiri Şarl de Bovelin fikirlərini birəsr qabaqlamışdır. Onun dünyagörüş movqeyində müasir elmin banisi, "insan ilahi tərəfindəndünyanın cövhərindən yaradılmışdır və özündə yaradanın obrazını daşıyır" - deyən Paraselsləeynilik müşahidə edilir.Öz dövründə mövcud olmuş elmlər əsasında mükəmməl təhsil almış Nəsimi CəlaləddinRumi, Nuriddin Cəmi, Sədi Şirazı, Hafiz Şirazi kimi sufi klassiklərinin yaradıcılığını yüksəkqiymətləndirmiş və humanistlərin fəlsəfəsi, müsəlman doktrinalarının müxtəlif cərəyanlarınınhumanist ideyalarını, qnostik təriqətlər, zərdüştlük, manilik, "saflıq qardaşları", ismaililər,zındıqlar, misir sultanlarından bəhrilər, bürcilər, eyyubilər, şiə dininin məzdəki inanclarındankarmatlar və s. ilə yaxından tanış olmuşdu.Nəsiminin dünyagörüşünə sufilik və hürufilik ideologiyaları, ismailik və "saflıqqardaşlarının" təlimləri ilə yanaşı Ömər Xəyyam, Nizami Gəncəvi, Françeska Petrarka, KolyuççoSalyutati, Leonardo Bruni və öz yaradıcılığında dövrünün mütərəqqi ideyalarını əks etdirən diğərgörkəmli şərq və qərb humanistlərinin yaradıcılığının təsir göstərməməsi mümkün ola bilməzdi.Görkəmli mütəfəkkir və humanist şair olaraq, Nəsiminin də Nizami Gəncəvi kimi, ən üstüncəhəti fikirlərini insanlara poetik formada çatdırması idi. Nəsimi düşüncəsinin əsas ideyası Allahin insanı ağıl və ilahi keyfiyyətlərlə yaratmasının səbəbinin dəyərləndirilməsində idi, yəni, insan özəqli və mənəvi keyfiyyətlərini kamilləsdirib müdrikləşdikcə, digərlərinin rifahı və tərəqqisiqayğısına qalmalı, mədəniyyət və sivilizasiyanı inkişaf etdirməlidir.Seminarda M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru, əməkdarmədəniyyət işçisi, professor Kərim Tahirov, teologiya doktoru BDU-nun professoru ƏsədullaQurbanov, Azərbaycanın Gürcüstandakı keçmiş səfiri, Azərbaycan Neft Akademiyasının dosenti Hicran Hacısoy və digərləri çıxış etmişlər. Sonda seminarın iştirakçısı Ruqiyyə Yusifova Nəsiminintanınmış qəzəllərindən birini söylədi.Seminar Nəsimi yaradıcılığının bir çox cəhətlərini işıqlandırm ağa və onun Azərbaycan,eləcə də, dünya mədəniyyətinə verdiyi töhfələri aşkarlamaga imkan verdi
 
Самые популярные

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Fcg.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla