Liderlik və idarəetmə bacarıqlarına dair Falcon Consulting Group-un təşkil etdiyi növbəti açıq təlim bitdi. 1 ay ərzində keçirilən 4 təlim sessiyası zamanı iştirakçılarla müxtəlif idarəetmə tərzlərinin üstün və zəif tərəfləri, situativ liderlik, idarəetmənin praktiki tərəfləri və yol verilən xətalar müzakirə edildi və tədris olundu. Əyləncəli qrup çalışmaları əsasında idarəetmənin prinsipləri daha da aydın nümayiş olundu.
Təlimə qoşulan iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzu edirik!