Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində liderlik və idarəetmə bacarıqlarına dair 1 ay davam edən təlimimiz başa çatdı. Liderliyin nəzəri məfhum olmadığını nümayiş etdirmək üçün çoxlu praktiki qrup çalışmaları həyata keçirdik, iştirakçıların iş həyatlarında qarşılaşdıqları situasiyaları birlikdə müzakirə edib təhlil etdik. Təlim sessiyalarının birinə qonaq-spiker qismində qatılan və dəyərli təcrübəsi ilə paylaşan Zaur müəllimi xususən qeyd etməliyik.
İştirakçılara işdən sonra yorğunluqlarına baxmayaraq dəyərli vaxtlarını sərf edib təlimdə aktiv iştiraka görə təşəkkür edirik!



