blogpost-title

News

Liderlər üçün liderlik təlimi

Liderlik və idarəetmə bacarıqlarına dair apardığımız növbəti korporativ təlim daha bir çox maraqlı şirkət və onun idarəetmə komandası ilə tanış olmağa imkan verdi. Şirkət Bakıda avtomobil parklamasını daha səliqəli və mütəşəkkil olmasını təmin etməklə şəhərimizin sürücü və piyadalar üçün daha az tıxaclı, təhlükəsiz və ən əsası daha rahat olmasına xidmət edir. Yəqin ki, çoxları başa düşdü ki, söhbət AzParking-dən gedir. Bütün bunlar göz qabağında olan fəaliyyətləridir. Amma arxa planda şirkətin innovativ İT həlləri və ən əsası çox işgüzar komandası durub.

Təlimimiz hər zaman olduğu kimi interaktiv şəkildə qarşılıqlı müzakirələr və təcrübə mübadiləsi formasında keçdi. İştirakçılar idarəetmədə qarşılaşdıqları çətinlikləri açıq şəkildə səsləndirib, onların həlli yolunda praktiki məsləhətlər aldılar.

1.jpg

3.jpg

5.jpg

6.jpg