blogpost-title

Менеджмент

Коммуникации

Личное развитие

Bizim rəhbər dəyişir!

Автор: Шахин Гадимли (shahin.gadimli@fcg.az)

Heç nə vaxtsa təlim və ya hər hansısa bir kitabı oxuyandan sonra növbəti gün dəyişməyə cəhd edən rəhbərlə qarşılaşmısınız? Əslində, inkişaf etmək istəyi yalnız təqdirəlayiq hesab olunmalıdır və əgər rəhbər davranışında yanlışlıq olduğunu dərk edib dəyişməyə cəhd edirsə, buna münasibət müsbət olmalıdır. Amma bu dəyişiklik qəflətən baş verdikdə tabe olanlar üçün ciddi bir stres yaranır. Onlar hər zaman müsbət və ya ən pis halda neytral qiymətləndirilən addımlara münasibətin birdən-birə niyə dəyişdiyini dərk etmirlər. Toplantı keçirməyi sevməyən rəhbərin səhər tezdən artıq iki iclas təşkil etdiyi işçiləri təəccübləndirə bilər. Hər zaman şifahi tapşırıq verən və eyni qaydada hesabat alan rəhbərin gün ərzində artıq beşinci elektron məktubu yazması və bütün planların icrası üzrə məhz yazılı hesabat istəməsinin nə ilə bağlı olduğunu əməkdaşlar başa düşmürlər. Nə baş verdiyini öyrənmək üçün hər kəs bir-birinə sual verir. Kollektivi həyəcan bürüyür. Düzdür, əksinə də olur. Bəzi rəhbərlər tez alışıb, tez də sönürlər. Təcrübəli əməkdaşlar müdirlərinin bu xüsusiyyətini bilərək cavanları sakitləşdirir və bir-iki gün dözmək lazım olduğunu, sonra isə hər şeyin adiləşəcəyini izah edirlər.

Rəhbər idarəetmə tərzini dəyişmək barədə kəskin qərar veribsə, bunu ilk növbədə ona tabe olanlar hiss edəcəklər. Bu müsbət dəyişikliyin onlarda mənfi emosiyalar yaratmaması üçün rəhbər əməkdaşlara planının nə olduğunu qısa izah edə bilər. Bununla o, həm qeyri-sağlam ajiotajı aradan qaldıra bilər, həm də vəziyyət barədə məlumatlı olan işçilərindən lazım olan məqamda zəruri dəstək ala bilər.