AccessBank-ın təşəbbüsü ilə, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə və Bloom Group Marketinq Agentliyinin təşkilatçılığı ilə davam edən "Access to Success: Empowering Female Entrepreneurs" layihəsi çərçivəsində xanım-sahibkarlara şirkətimizin nümayəndəsi Şahin Qədimlinin verdiyi üçüncü təlim təqdimat bacarıqları mövzusunda idi. Layihənin sonunda iştirakçıların bizneslərinə dair təqdimat keçirmək və maliyyə dəstəyi almaq imkanları olduğu üçün bu təlimdə aşılanan bacarıqlar xüsusən dəyərli idi. Xanım-sahibkarlar digər faydalı bilik və bacarıqlarla yanaşı təqdimata hazırlıq mərhələsində onun təsirli və uğurlu olması üçün auditoriyanın analizində nəyə xüsusi diqqət yetirməli olduqlarını da öyrəndilər.
Layihə iştirakçılarına tezliklə xanım-sahibkarlardan xanım-oliqarxlara çevrilmək arzu edirik! 😊