Şirkətimizin direktoru Şahin Qədimli magistr dərəcəsinin karyeraya təsiri mövzusunda İctimai Televiziyada yayımlanan verilişdə qonaq kimi iştirak etdi.
Müzakirə zamanı əmək bazarının dəyişən tələblərini, işəgötürənlərin magistr təhsilinə yanaşmasını və real karyera üstünlüklərini az yaratdığı barədə fikirlərilə bölüşdü. Ali təhsil ocaqlarımızda verilən biliklərin böyük hissəsinin qeyri-tətbiqi xarakter daşıdığı, həmin biliklər və real iş həyatı arasında hələlik uçurumun mövcudluğunu təəssüflə vurğuladı. Çıxış yolunun təhsil və biznes sektorlarının daha sıx əməkdaşlıq etməsində olduğunu bildirdi.
Fikir mübadiləsi üçün dəyərli platforma yaradan təşkilatçılara təşəkkür edirik.