blogpost-title

İdarəetmə

Biznesdə sistem (korporativləşmə) nə deməkdir?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Son zamanlar bir çox sahibkarlar bizneslərində sistem qurmağa cəhd edir və ya bunu planlaşdırır. Bu prosesin geniş yayılmış adı korporativləşməkdir. Əsas səbəb isə odur ki, onlar sahib olduqları biznesin inkişafının bu proses baş vermədən qeyri-mümkün olduğunu anlayırlar. Lakin hər kəs korporativləşməni fərqli anlayır. Ən geniş yayılmış yanlış fikir ondan ibarətdir ki, sistem sadəcə qaydalara bərabər tutulur və ya müəssisənin resurslarının planlanması (ERP) üzrə proqram təminatı ilə məhdudlaşdırılır.

Sistemli idarəetmənin mütləq elementləri aşağıdakılardır:

• Şirkətin missiyası;

• Uzun və ortamüddətli strateji hədəflər;

• Biznesin inkişafı üçün tələb olunan bütün funksiyaları nəzərdə tutan təşkilati struktur;

• Struktur bölmələr və işçilər arasında vəzifə, səlahiyyət və məsuliyyətin dəqiq bölgüsü;

• Hesabatlıq və kommunikasiya qaydaları;

• Biznes proseslərinin effektivliyini ölçmə mexanizmləri;

• Ümumi və maliyyə planlaması.

Burada daha vacib bir şərt yuxarıda sadalananların işlək və real vəziyyəti əks etdirən olmasıdır.

Göründüyü kimi, sistemli idarəetmə məfhumu hesab olunduğu kimi, qəliz deyil. Hər kəsə korporativləşmə yolunda uğurlar! Komandamız bu sahədə peşəkar konsaltinq dəstəyi göstərməyə hər zaman hazırdır.