Şirkətimizin direktoru Şahin Qədimli Comelson biznes forumunda “Rəqəmsal transformasiya və süni intellekt” paneli çərçivəsində çıxış edib.
Biznesin sistemləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və süni intellektin şirkətlərə prosesləri optimallaşdırmaqda, effektivliyi artırmaqda və daha dəqiq idarəetmə qərarları qəbul etməkdə necə kömək etdiyinə dair praktiki təcrübəsini bölüşüb.
Artıq elə bir dövrə daxil oluruq ki, uyğunlaşma sürəti və texnologiyalardan istifadə bacarığı əsas rəqabət üstünlüyünə çevrilir. Bu dəyişikliklərin bir hissəsi olmaq və biznesi yeni addımlara ilhamlandırmaq bizə çox xoşdur.


