blogpost-title

Komanda çalışması

Korporativ mədəniyyət

"Yüksəliş" müsabiqəsinin ab-havası

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

"Yüksəliş" müsabiqəsinin xüsusi ab-havası var. Əminəm ki, onu təşkilatçılar yaradır və həm iştirakçılar, həm könüllülər, həm də ekspertlər hiss edirlər. Bu il növbəti dəfə müsabiqəyə ekspert qismində qatılmağa imkanım oldu və ekspert nöqteyi nəzərdən məhz bu mövzuda fikirlərimlə bölüşəcəyəm.

Final və yarımfinaldan əvvəl cəmi 3 gün birlikdə təlim keçmiş, çox zaman bundan əvvəl bir-birini heç tanımayan və ya az tanıyan şəxslərin belə qısa zaman kəsiyində əsl komandaya çevrilmələri, bir ahəngdə müsabiqənin həlledici mərhələlərində işləmələri, ekspert vəzifəsinə maksimal diqqət və məsuliyyətlə yanaşmaları bunun bariz nümunəsidir. Gündəlik iş həyatında şöbə müdiri, HR direktor, şirkət sahibi olan şəxslər gündəlik işlərini, statuslarını unudub əllərindən gələnin ən yaxşısını ortaya qoymaları, vaxt qıtlığı ilə bağlı bəzən hətta aç qalıb, amma zamanında Baku Expo-da təhkim olunmuş iştirakçı masalarında olmaları da bunun daha bir əyani sübutudur. Yəqin ki, elə bu da əsl sağlam korporativ mədəniyyətin nümunəsidir. Onu formalaşdıran isə düzgün insanların seçilməsi, dürüst mühitin yaradılması və vahid hədəfə doğru hər kəsi birləşdirən ümumi işdir.

Cəmiyyətimiz üçün olduqca əhəmiyyətli və faydalı olan "Yüksəliş" müsabiqəsinə, onun keçirilməsində müstəsna əməyi olan təşkilatçılarına, dəyərli ekspert həmkarlarıma, heç zaman dəstəklərini əsirgəməyən könüllülərə, özünü sınamağa qorxmayan iştirakçılara və qaliblərə hər cür yeni uğurlar arzu edirəm!

DSC042732.jpg

HXCN49112.JPG