blogpost-title

Xəbərlər

"Liderliyə doğru 22 maneə" master-klası

Şirkətimizin direktoru Şahin Qədimli tərəfindən sahibkarlar və muzdlu rəhbərlər üçün "Liderliyə doğru 22 maneə" adlı master-klas keçirildi. Hər rəhbər şəxs lider deyil, amma olmaq istəyir. Liderlik idarəetməni vəzifədən irəli gələn hakimiyyət mənbələri olmadan həyata keçirməkdir. Fikir var ki, liderlik anadan gəlmə keyfiyyətdir və hər kəs lider ola bilməz. Amma reallıq odur ki, bir çoxlarına lider olmağa bu istiqamətdə yolda qarşılarına çıxan hədlər mane olur.

40 nəfərdən artıq tədbir iştirakçısı İkar sindromu, yaxşı adam sindromu, pozitiv proyeksiya, qəhrəman gözləntisi, maqnit illüziyası, qapı ilə hədələrmə, işçinin köhnə günahları, ideyalar fəvvarəsi və digər maneələr barədə faydalı məlumatlar aldı.