blogpost-title

Xəbərlər

"Cəzalandırmağı bacar ki, ona ehtiyac olmasın" seminarı

Əksər normal insanlar kimi, təlimçimiz Şahin Qədimli də cəzalandırmağı sevmir. Amma 21 illik idarəetmə təcrübəsində əmin olub ki, bu aləti heç istifadə etmədən uğurlu idarəetmə mümkünsüzdür. Paradoksal səslənsə də, rəhbər cəzalandırmağı nə dərəcədə yaxşı bacarırsa, o dərəcədə də onu tətbiq etmək ehtiyacı azalır. Yəni əməkdaşlar bilirlər ki, zərurət yaranarsa, rəhbər çəkinmədən düzgün və mütənasib şəkildə onları cəzalandıracaq və bu bilik ciddi profilaktik təsirə malikdir. Məhz buna görə növbəti seminarımız "Cəzalandırmağı bacar ki, ona ehtiyac olmasın" adını daşıyırdı və böyük maraqla qarşılandı.

Qatılan bütün iştirakçılara təşəkkür edirik!

02.JPG

03.JPG

04.JPG

05.JPG

06.JPG

07.JPG

08.JPG

09.JPG

11.JPG

12.JPG

13.JPG

14.JPG