Konsaltinq

Korporativ idarəetmə sisteminin qurulması


Şirkət böyüyür, amma idarəetmə hələ də bir nəfərin üzərindədir? Biznesinizdə elə idarəetmə sistemi qururuq ki, qərarlar vaxtında verilsin, tapşırıqlar itməsin və hər kəs nəyə cavabdeh olduğunu bilsin.

Tanış vəziyyətdir?


!

Bütün qərarları sahibkar və ya bir neçə rəhbər verir — onlarsız iş dayanır.

!

Tapşırıqlar unudulur, icrası yarımçıq qalır, nəzarət əl ilə aparılır.

!

Vəzifələr və səlahiyyətlər yazılı deyil — kimin nəyə cavabdeh olduğu aydın deyil.

!

Hesabatlar müxtəlif formatdadır, rəhbərlik real vəziyyəti gec öyrənir.

!

Şirkət böyüdükcə xaos da böyüyür.

Necə işləyirik


  1. 1

    Diaqnostika

    Rəhbərlik və əməkdaşlarla müsahibələr, sənədlərin və mövcud proseslərin təhlili. Nəticədə idarəetmə sisteminin zəif nöqtələri müəyyən edilir.

  2. 2

    Təşkilati struktur və vəzifə təlimatları

    Kimin kimə tabe olduğu, hər vəzifənin funksiyaları, məsuliyyəti və nəticə göstəriciləri müəyyən edilir.

  3. 3

    Səlahiyyət matrisi (DOA)

    Hansı qərarı kimin təklif etdiyi, razılaşdırdığı və təsdiqlədiyi müəyyən olunur. Sahibkar hər xırda məsələyə qarışmaqdan azad olur.

  4. 4

    Hesabatlılıq və kommunikasiya qaydaları

    Hansı məlumatın kimə, hansı formatda və hansı tezlikdə ötürüldüyü razılaşdırılır.

  5. 5

    Əsas proseslər və onların KPI-ları

    Kritik proseslər təsvir edilir və onların nəticəsini ölçən göstəricilər müəyyənləşdirilir.

  6. 6

    Tapşırıqların idarə olunması və iclas reqlamenti

    Tapşırıqların qeydiyyatı, icraya nəzarət və səmərəli iclaslar üçün vahid qaydalar qurulur.

  7. 7

    Tətbiqin müşayiəti

    Sistem kağızda qalmasın deyə komandanı tətbiq dövründə müşayiət edirik.

Nəticədə nə alırsınız


  • Təşkilati struktur
  • Vəzifə təlimatları
  • Səlahiyyət matrisi (DOA)
  • Hesabatlılıq və kommunikasiya qaydaları
  • Proseslərin təsviri və KPI-lar
  • Tapşırıqların idarə olunması sistemi və iclas reqlamenti
3–6 ay

layihənin müddəti

7

mərhələ — diaqnostikadan tətbiqə qədər

Ödənişsiz

ilkin yetkinlik testi

Təcrübəmizdən


İri İT şirkəti

30 qərar növünü və 8 idarəetmə səviyyəsini əhatə edən səlahiyyət matrisi (DOA) hazırlandı, investisiya və tender komitəsinin strukturu müəyyən edildi.

İstehsal şirkəti

Bütün rəhbər vəzifələr üçün vəzifə təlimatları hazırlandı, istehsal prosesinin auditi aparıldı və nəzarət sistemində 8 zəif nöqtə aşkarlandı.

Tez-tez verilən suallar


Layihə nə qədər vaxt aparır?

Şirkətin ölçüsündən və mövcud vəziyyətdən asılı olaraq adətən 3–6 ay.

Hansı şirkətlər üçün uyğundur?

Sahibkarın gündəlik idarəetmədən asılılığını azaltmaq və idarəolunan böyümə üçün sistem qurmaq istəyən şirkətlər üçün.

Haradan başlamaq lazımdır?

Ödənişsiz İdarəetmə Sisteminin Yetkinlik Testindən. 15 suala cavab verərək idarəetmə sisteminizin 6 istiqamət üzrə qiymətləndirməsini PDF hesabat şəklində alırsınız.

Hazır şablonlardan istifadə edirsiniz?

Xeyr. Hər müştəri fərdi, hər layihə xüsusidir — sənədlər şirkətin real proseslərinə və mədəniyyətinə uyğun hazırlanır.

İdarəetmə sisteminiz nə dərəcədə hazırdır?


15 sualdan ibarət ödənişsiz testdən keçin və ya bizimlə əlaqə saxlayın — diaqnostikadan başlayaq.