blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

İşə gəlməsəm, bunu heç hiss etməyəcəklər

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bir neçə gün əvvəl bir yaxın adamdan işi barədə soruşub çox maraqlı cavab aldım: “Dəyib dolaşan yoxdur, sanki heç işdə yoxam. Bəzən elə gəlir ki, işə gəlməsəm, bunu belə hiss etməyəcəklər”.

Yəqin, son ifadə işçinin motivasiyasının ən aşağı nöqtədə olmasının bariz göstəricisidir. İşçi neçə idarə olunmalıdır deməyək (çünki idarəetmə aktiv fəaliyyətdir), işçi ilə necə rəftar olunmalıdır ki, o qənaətə gəlsin ki, onun iş yerində fiziki yoxluğuna belə varan olmayacaq. Aydındır ki, bir az şişirdilmiş təsvirdir. Hətta bir qrup şəxs var ki, belə şəraitə düşməkdən sevinər. Heç kim itirib-axtarmır, iş tələb etmir, əməkhaqqı isə ödənilir. Amma əksər normal insanlar üçün belə vəziyyət qeyri-məqbul, əsl əzabdır. Tənqid, irad işin mənfi qiymətləndirməsi olsa belə yenə də laqeydlikdən yaxşıdır.

Bəs rəhbərlər nəyə görə belə davranırlar? Səbəblər müxtəlifdir. Bəzən idarəedici şəxs özünü “kral” hesab edib adi insanlarla ünsiyyəti yüksək statusuna uyğun hesab etmir. Bəzən elə olur ki, rəhbər işçidən narazı olur, lakin daxili iradəsi bunu əməkdaşa bildirməyə, vəziyyət bunu tələb etdikdə işçi ilə ayrılmağa imkan vermir. Elə də olur ki, rəhbər hər kəsin təsəvvüründə yaxşı və mərhəmətli insan kimi qalmaq naminə bunları etməyə də bilər. Digər hallarda idarəedici şəxs əməkdaşın özünün hər şeyi başa düşdüyünü hesab edir və işçi ilə kommunikasiyaya sərf olunan vaxtın itki olduğunu düşünür. Şübhəsiz ki, bütün qeyd olunan hallar yanlış idarəetmə nümunələridir. Vəziyyətdən asılı olaraq rəhbər tərəfindən işçilərə düzgün çatdırılan müsbət və ya mənfi geri bildirimlər onların yetişmələrinə, motivasiyalarına, özlərini dəyərli və faydalı hesab etmələrinə töhfə verən ən effektiv alətlərdən biridir.

Məsəli təsvir olunan yanlış idarəetmə ilə üzləşən hər kəsdən uzaq. Amma baş rollarda Mel Gibson və Helen Hunt olan məşhur “Qadınlar nə istəyir” filminin ikincidərəcəli qəhrəmanı Erin işdəki laqeydliyə görə intihardan güclə xilas olundu.