blogpost-title

Management

Personal development

Bütün vaxtımı cari işlər alır

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Biznes adamlarından tez-tez eşitdiyim fikirlərdən biri belədir: “Bütün vaxtımı cari işlər alır. Strateji, inkişaf layihələri ilə məşğul olmağa vaxtım qalmır. Əlavə vaxt qazanmaq üçün kiməsə də nə isə tapşıranda elə edir ki, sonra etdiyini düzəltməyə elə əvvəlindən özüm etdiyim işlərdən çox vaxt alır”. Bu sözlər biznesdə sistemsizliyin hökmran sürdüyünün göstəricisidir. Yəni sistemli idarəetmə qurulması bu məsələni kökündən həll edir. Amma elə problem də ondadır ki, daxili güc və ya biznes-konsultantlar vasitəsilə həyata keçirilməsidən asılı olmayaraq, korporativ idarəetmə sisteminin qurulması vaxt, əmək tələb edən layihədir. Nəticədə, bir qapalı dairə alınır: sistemli idarəetmə olmadığı üçün strateji layihələrə vaxt çatmır, vaxt olmadığı üçün korporativ idarəetmə sistemi qurmaq mümkün olmur.

Təcrübəmdə sınadığım bir və çox sadə həll yolu var, həm biznes sahiblərinə, həm rəhbər işçilərə, həm də cari işlərdən daha üst məsələlərlə məşğul olmaq istəyən şəxslərə faydalı olacaq. Cari işləriniz çoxdursa, onların miqdar və əhəmiyyətindən asılı olmayaraq, gününüzü strateji işlərə 30 dəqiqə və ya bir saat sərf etməklə başlayın. İnanın ki, cari işlərlə iş yerinizə gələrkən dərhal məşğul olmağa başlamasanız, dəhşətli bir şey baş verməyəcək. Axı gün ərzində iclas və görüşlərdə olursunuz və həmin vaxt istər-istəməz cari işlərlə məşğul olmağı dayandırırsınız və “dünya dağılmır”. Bu qaydada iki həftə işlədikdən sonra artıq ilkin nəticələri görəcəksiniz. “Bütün günü işlədim, amma ortalıqda ciddi bir nəticə yoxdur” fikri günün sonu ağlınıza gəlməyəcək. Təbii ki, daha mükəmməl vaxtın idarə olunması texnikaları var. Amma əvvəlcə qeyd olunan sadə qaydadan başlayıb onun faydasını hiss etməyiniz daha mürəkkəbə keçidinizi asanlaşdıracaq.