Biznesi idarə etmək üçün kameraların görüntülərinə baxmaq kifayət deyil. Bu yanaşma yalnız “nə baş verir” sualına cavab verir, amma “niyə baş verir” və “nə etməliyik” suallarını açıq qoyur.
Effektiv idarəetmə isə tamamilə fərqli prinsiplərə əsaslanır. Biznes göstəricilər vasitəsilə idarə olunmalıdır — satışlar, marjinallıq, məhsuldarlıq, müştəri davranışı və digər kritik KPI-lar əsasında.
Uğurlu yanaşma — avtomatik yenilənən dashboard-lardan istifadə etməkdir. Belə dashboard-lar sizə:
- real vaxtda vəziyyəti görməyə;
- problemləri erkən mərhələdə aşkar etməyə;
- düzgün və sürətli qərarlar verməyə imkan yaradır.
Kamera görüntüləri əməliyyatlara nəzarət üçün faydalı ola bilər. Amma biznesin idarə olunması üçün bu kifayət deyil.
Unutmayın: Ölçə bilmədiyinizi idarə edə bilməzsiniz. İdarə edə bilmədiyinizi isə inkişaf etdirə bilməzsiniz.