blogpost-title

Менеджмент

Коммуникации

Корпоративная культура

Rəhbərin xəyanəti

Автор: Шахин Гадимли (shahin.gadimli@fcg.az)

Rəhbər işçinin gözündə şirkəti, şirkətin qarşısında ona tabe olan işçiləri təmsil edir. Tək müəssisə rəhbərindən söhbət getmir, üst və orta səviyyə rəhbərlər də nəzərdə tutulur. Bəzi rəhbərlər həm özlərindən yuxarıda olan rəhbərliyə, həm də tabe olan işçilərə xəyanət etməyi bacarır.

Şirkətin işçilərə verdiyi bütün nemətləri özünün şəxsi nailiyyəti və ya təşəbbüsü kimi, işçilərə təqdim edən rəhbərlər olur. Onları bunun üçün nə dərəcədə “ağır mübarizə apardıqlarını” bütün təfərrüatı ilə təsvir etməyi xoşlayırlar. Adətən elə bu cür rəhbərlər bütün sərt qərarları tabe olanlara kommunikasiya edəndə həmin qərarlardan mümkün qədər özlərini uzaqlaşdırmağa, işçilərlə yanaşı özləri də qurban olduqlarını nümayiş etdirməyə və işçilərin gözündə öz müsbət imicini qoruyub saxlamağa çalışırlar. Belə rəhbərlər şirkət üçün yox, özləri üçün işləyirlər. Onlar sərt qərarları qəbul edən idarəetmədə olan mücərrəd ali qüvvələrə istinad etməyə sevirlər. Təəccüblüsü də odur ki, bu cür davranış bəzən həmin şəxslərə davamlı uğurlu olmağa imkan verir.

Məsələnin başqa təzahürü də olur. İstənilən şirkətdə bəzən işçilər tərəfindən rəğbət bəslənməyəcək qərarlar qəbul olunur. Müzakirə mərhələsində rəhbər işçi “ali qüvvələrin” gözündə daha üstün olmaq üçün həmin qərarı maksimal dərəcədə dəstəkləyir. Sonra isə belə rəhbər işçilərin mənfi münasibətini gizlədir, yuxarılara real vəziyyəti bildirmir və bununla şirkətin bəzən yanlış istiqamətdə getməsini dəstəkləyir.

Yuxarıda təsvir edilən davranışlardan hansının daha ziyanlı olduğu barədə qərarı özünüz verin.