blogpost-title

Исследования

Новости

Əmək Bazarının Nəbzi | May 2026

jobsearch.az-ın 2.286 aktiv vakansiyasını təhlil etdik. Nəticələr maraqlıdır:

  • Vakansiyaların sayı artıb: mart ayına nisbətən vakansiyaların sayı 15,5% artıb. Bu tendensiya daha uzun dövrdə davam edərsə, onu iqtisadi fəallığın artımı kimi qiymətləndirmək olar. Hazırda isə sadəcə müsbət fakt kimi dəyərləndirmək lazımdır.
  • AI bacarıqlarına tələbat artır: Vakansiyaların 1,6% AI bacarıqlarını tələb edir. 2 ay ərzində bu göstərici 0,5% artıb. Bu rəqəm inkişaf etmiş ölkələrdəki göstəricilərdən xeyli aşağı olsa da, dünyada baş verən dəyişikliklərə uyğundur.
  • Əməkhaqqı şəffaflığı cüzi yüksəlib: 29% vakansiyalarda təklif olunan əməkhaqqı açıqlanır. Əvvəlki ayda bu rəqəm 1% aşağı idi.
  • Dil bilikləri: ingilis dili biliyini tələb edən vakansiyaların sayı 31,9% çatıb, rus dili biliyi tələbi isə sabit qalır və vakansiyaların 24% əksini tapıb.
  • Yumşaq bacarıqlar üzrə TOP-3 dəyişməyib: işəgötürənlər ən çox ünsiyyətdə çətinlik çəkməyən (44,6% vakansiya), məsuliyyətli (41,7%) və analitik düşüncəyə (27%) malik namizədləri axtarırlar.